Fransa polisi Monpelye kommunasında qanunsuz məskunlaşan Gürcüstan vətəndaşlarına qarşı əməliyyat keçirib.
Lent.az-ın “France 3” televiziyasına istinadla xəbərinə görə, polis kommunanın Tuluz küçəsində 2 evdə axtarış aparıb.
Əməliyyat zamanı çox sayda oğurluq velosiped və digər qiymətli əşyalar aşkar edilib. Polis 20 Gürcüstan vətəndaşını saxlayıb. Onlara qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Bir nəfər isə əlavə olaraq soyuq silah gəzdirməkdə ittiham olunub.
Qeyd edək ki, ötən gün Fransa polisi Endr və Luara departamentində ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirib.