Polis erməni oğruların qurduğu “Əlibabanın mağarası”nı tapdı – bahalı viski, ətirlər...
20 dekabr 2021 00:56 (UTC +04:00)

Polis erməni oğruların qurduğu “Əlibabanın mağarası”nı tapdı – bahalı viski, ətirlər...

Fransa polisi 3 ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirib.

Lent.az-ın “France Bleu” saytına istinadla xəbərinə görə, qanun keşikçiləri Endr və Luara departamentində oğru şəbəkəsinin malları gizlətdiyi yeri müəyyən ediblər.

Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilərək götürülüb. Regional polis idarəsinin saytında bu xəbər zarafatla “Əlibabanın mağarasını aşkar etdik” başlığı ilə verilib. 

Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. 1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.  Məhkəmə yanvar ayına təyin edilib. 

Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar