"Patı"  satan keçmiş məhkumlar tutuldu
15 iyul 2021 12:30 (UTC +04:00)

"Patı" satan keçmiş məhkumlar tutuldu

Bərdə sakinlərindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin ("patı") dövriyyəsində şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum edilmişlər Mahir Qocayev və Vahid Qədimov saxlanılıb. M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar