Ölümlə nəticələnən AĞIR YOL QƏZASI
12 iyul 2022 11:39 (UTC +04:00)

Ölümlə nəticələnən AĞIR YOL QƏZASI

İyulun 11-də saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində Göyçay rayon sakinləri Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı və S.Hüseynovun idarə etdiyi “Howo” markalı avtomobillər toqquşub.

Lent.az xəbər verir ki, nəticədə Ş.Cəfərov və sərnişini olan arvadı V.Novruzova aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

# 2205
avatar

Oxşar yazılar