Naxçıvanda daha bir QƏTL:   Qadını boğaraq öldürdü
19 iyun 2023 10:01 (UTC +04:00)

Naxçıvanda daha bir QƏTL: Qadını boğaraq öldürdü

İyunun 19-da saat 8 radələrində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Naxçıvan DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

# 3825
avatar

Sevinc Fərid

Oxşar yazılar