Türkiyədə turistləri   daşıyan gəmi yandı - 115 nəfər  özünü dənizə atdı
13 avqust 2026 14:22 (UTC +04:00)

Türkiyədə turistləri daşıyan gəmi yandı - 115 nəfər özünü dənizə atdı

0

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan gəmi yanğın baş verib.

Lnt.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Katrancı körfəzində qeydə alınıb.

“Toys Boat” adlı gəminin mətbəx hissəsində hələlik məlum olmayan səbəbdən başlayan yanğın qısa müddətdə bütün gəmini bürüyüb.

Aralarında uşaqların da olduğu 115 nəfər xilasedici jiletləri geyinərək özlərini dənizə atıblar.

Gəminin böyük hissəsinin yanaraq yararsız hala düşdüyü və batmağa başladığı bildirilir.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar