Miras üstündə böyük qardaşını güllələyib öldürdü
15 iyun 2023 09:25 (UTC +04:00)

Miras üstündə böyük qardaşını güllələyib öldürdü

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Buca qəsəbəsində baş verib. Aralarında miras bölgüsü səbəbilə münaqişə yaranan Yusuf K. böyük qardaşı Atilla K.-nın evinə gedib. Burada münaqişə şiddətlənib və Yusuf böyük qardaşına tüfənglə atəş açıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Atilla K.-nın öldüyünü bildiriblər.

Hadisəni törədən qardaş saxlanılıb, araşdırma aparılır.

# 2670
avatar

Oxşar yazılar