Gəncədə 44 yaşlı kişi bıçaqlandı
12 avqust 2026 00:06 (UTC +04:00)

Gəncədə 44 yaşlı kişi bıçaqlandı

0

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Daşkəsən rayon sakini, 44 yaşlı  R. Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, kişini tanımadığı şəxs bıçaqlayıb.

Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 102

Oxşar yazılar