“Dato Tbiliski”
31 may 2022 11:31 (UTC +04:00)

“Dato Tbiliski”

Məşhur "qanuni oğru"nun oğulları həbs olundu

Gürcüstanın paytaxtı Tbilisidə Quku və David Kakulya qardaşları həbs olunub.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, onlar Tbilisinin mərkəzindəki davada iki nəfəri güllələyiblər. Qardaşlar hadisə yerindən qaçsa da, azərbaycanlıların yaşadığı Ortaçala rayonundakı evlərin birində ələ keçiblər.

Onların üzərindən odlu silah götürülüb.

Xatırladaq ki, Kakulya qardaşları Gürcüstanın məşhur “qanuni oğru”larından olan “Dato Tbiliski”nin övladlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar