Gürcüstan polisi Tbilisidə xüsusi əməliyyat keçirib.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, əməliyyat nəticəsində 9 “qanuni oğru” saxlanılıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, polis hazırda Türkiyədə yaşayan “qanuni oğru” “Çinka" ləqəbli Tengiz Xoperiya vasitəsilə onların izinə düşüb.
Müəyyən edilib ki, onlar Xoperiyanın göstərişi ilə Tbilisi aeroportuna nəzarət ediblərmiş. Onlar taksi sürücülərinə, habelə ətrafdakı obyektlərə bac qoyaraq, onları soyurmuşlar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T. Xoperiya mərhum azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin yaxın adamlarından biri olub.