Omsk vilayətinin Pavloqrad rayonunun Yuryevka kəndində fərdi evdə dəhşətli qətl hadisəsi baş verib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, naməlum şəxs 3 nəfəri öldürüb, evdə olan iki uşaq isə qaça bilib.
İlkin məlumatlara görə, yanvarın 22-də səhər saatlarında evlərin birində zorakılıqla ölüm əlamətləri olan kişi, qadın və 11 yaşlı yeniyetmənin meyitləri aşkar edilib. Öldürülən qızın uşaqlıqdan əlil olduğu bildirilir. Evdə olan 14 yaşlı qız və onun 6 yaşlı qardaşı isə qonşuya qaçaraq xilas ola biliblər.
Hazırda hadisə yerində araşdırma aparılır.