İrandan gətirilən 20 milyonluq  narkotik satışdan çıxarılıb - VİDEO
10 iyun 2023 13:50 (UTC +04:00)

İrandan gətirilən 20 milyonluq narkotik satışdan çıxarılıb - VİDEO

Son bir ay ərzində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə - kokain, heroin, tiryək, marixuana, psixotrop maddə - metamfetamin, eləcə də  13 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, eləcə də digər bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, həmçinin Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.

# 2973
avatar

Oxşar yazılar