Bakıda evlərdən oğurluq edənlər tutulub.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 15-də Sabunçu rayonu ərazisindəki evlərin birindən 8000 manat dəyərində məişət və geyim əşyaları oğurlanıb.
Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qurbanov saxlanılıb.
Həmçinin fevralın 2-də Suraxanıda evlərin birindən 4400 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şirinov saxlanlıb.