Oğuzda külək ağacı aşırdı, yol bağlandı - VİDEO
07 sentyabr 2026 00:10 (UTC +04:00)

Oğuzda külək ağacı aşırdı, yol bağlandı - VİDEO

0

Oğuzda qeyr-sabit hava şəraiti magistiral avtomobil yolunun bağlanmasına səbəb olub. 

Lent.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq şimal-qərb bölgəsini əhatə edən rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunub. 

Rayonların ərazisində qisamüddətli güclü külək və leysan yağıb. 

Güclü külək daha çox Oğuz rayonu ərazisində müşahidə olunub. Rayonun Sincan kəndi ərazisində güclü külək iri gövdəli ağacı Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna aşırıb. 

Avtomobil yolunun ərazidən keçən hissəsində avtomobillərin gediş-gəlişi qısamüddətli dayanıb.  Müvafiq qurum əməkdaşları avtomobil yoluna aşan ağacı ərazidən təmizlədikdən sonra maşınların hərəkəti bərpa olunub.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar