Yevlax rayonunda balıq tutmağa gedən şəxs kanalda boğularaq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Xanabad kəndi ərazisindən keçən “Yuxarı Şirvan” kanalında baş verib.
Qaramanlı kənd sakini, 56 yaşlı Tofiq Süleymanov qayıqla balıq tutarkən qayığın güclü su axını ilə bənd istiqamətində hərəkət etdiyini görərək özünü suya atıb. O, suda boğularaq həyatını itirib.
Mərhumun meyiti kanalın Ağdaş rayonunun Şəkili kəndindən keçən hissəsində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.