Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gənc Bakı şəhər sakinləri E.Bağırov və V.Xanlarovu döyərək, E.Bağırovun mobil telefonunu alıblar. Bu barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.