Gəncədə evdən 25 kilo narkotik tapıldı
13 yanvar 2022 13:16 (UTC +04:00)

Gəncədə evdən 25 kilo narkotik tapıldı

Gəncədə narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Namazov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar