İstintaq fotosu
18 yanvar 2022 11:19 (UTC +04:00)

İstintaq fotosu

Gəlinini doğrayan kişinin ŞOK İFADƏSİ: "Qulağını kəsdim, dərisini soydum..." - VİDEO

Düz bir il əvvəl, 2021-ci il yanvarın 27-si Bakıda baş verən dəhşətli cinayət hadisəsi hamını şoka saldı. Belə ki, həmin gecə saat 1 radələrində Daxili İşlər Nazirliyinin “102” xidmətinə Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi 30/36 ünvanının qarşısında yerləşən məişət tullantıları qutularının içərisindən 4 ədəd kisədə və 2 ədəd sellefon torbada insan bədəninin müxtəlif hissələrinin aşkarlanması barədə məlumat daxil olur. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxır, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

İstintaq fotosu

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilir ki, qətlə yetirildikdən sonra hissələrə bölünərək zibilliyə atılan meyit Bakı şəhərində yaşayan, 1989-cu il təvəllüdlü Banı Məhərrəmovaya məxsusdur. Onun yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ş.Rustaveli küçəsi 3/8 ünvanındakı evin hamam otağının pəncərəsindən, qapının çərçivəsindən və divarından ümumilikdə 3 ədəd, «Hyundai İX 35» markalı avtomobilin yük yerindən 2 ədəd qanabənzər ləkələrdən nümunələr, həyətdən isə 1 ədəd balta qablaşdırılaraq, götürülür. Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, mərhumun qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmov saxlanılır. 
İstintaqla müəyyən edilib ki, yanvarın 26-sı saat 15 radələrində İdris Məhərrəmov evdə arvadının olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamaqlarından istifadə edərək, qisas məqsədi ilə gəlinini öldürməyi qərarlaşdırıb. Əlində çəkiclə gəlininə arxadan yaxınlaşan kişi onun başına iki zərbə vurub. Daha sonra gəlininin aman diləməsinə əhəmiyyət verməyərək onu əllərindən tutub sürüməklə zirzəminin qarşısına aparıb. Mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirən İ.Məhərrəmov daha sonra balta və bıçaqla meyiti hissələrə ayırıb. Sonra isə həmin hissələri torbalara yığaraq özünə məxsus “Hyundai” markalı avtomobilin yük yerinə qoyub və saat 20 radələrində onları 4-cü mikrorayonda, məişət tullantıları konteynerlərinə atıb.

İstintaq fotosu

Gəlinini doğrayan qayınatanın ŞOK ifadəsi...

İş üzrə dindirilmiş İdris Məhərrəmov bildirib ki, oğlu Fariz 2015-ci ildə Banı ilə ailə həyatı qurub, həmin vaxtdan birlikdə yaşayıblar. 2016-cı ildə ilk övladları dünyaya gəlib. 2017-ci ildə Banı ilə Fariz arasında böyük narazılıqlar yarandığından gəlini Naxçıvana gedib və atasının evində 4-5 ay qalandan sonra, geri qayıdıb. 2018-ci ilin payızında onların ikinci övladları dünyaya gəlib. Bundan sonra Banı daha da aqressivləşib və digər ailə üzvləri ilə yanaşı onunla da söyüşlə danışmağa başlayıb: “2020-ci ilin yanvar ayında oğlum arvadını yataq otağında başqa kişi ilə telefonla danışanda tutdu. Bundan başqa, həyat yoldaşım da gəlinin kənar şəxslə telefonla danışdığını mənə dedi. Hətta bir dəfə axşam saatlarında evə gələndə həyətdə Banının bir kişi ilə söhbət etdiklərini gördüm. Oğlandan kim olduğunu soruşanda, o özünü itirərək cavab vermədi. Banı oğlanın qarşısına keçərək onun dayısı oğlu olduğunu dedi”.

Banı Məhərrəmova

İ.Məhərrəmov qeyd edib ki, bu kimi faktlarla qarşılaşandan sonra gəlinini öldürməyi qərara alıb: “Həyətə düşərək masanın üzərində olan çəkici götürüb evə qalxdım. Gəlinin otağına keçdim və ona arxadan yaxınlaşaraq başına iki zərbə endirdim. Sonra qollarından tutub sürüyərək həyətə apardım. Həyətdə bıçaqla onu öldürdükdən sonra meyitini hissələrə bölüb torbalara doldurdum”.   

İ.Məhərrəmov həmçinin ifadəsində qeyd edib ki, meyiti tikə-tikə doğrasa da hirsi soyumayıb: “Meyiti hissələrə böldükdən sonra onun hər iki qulağını, burnunu kəsdim, üzünün dərisini soydum və gözlərini çıxardım. Yenə hirsim soyumadı”.

Qətlə yetirilən Banının anası istintaqa nələr deyib?

Banının anası Çimnaz Həsənova ifadəsində göstərib ki, qızının ailəsində mütəmadi məişət zəminində mübahisələr olub. Bu səbəbdən Banı 2017-ci ildə Naxçıvan şəhərinə gələrək bir müddət onlarla birlikdə qalıb. 1 aydan sonra ailəsinin təkidi ilə qızı yenidən öz evinə qayıdıb, amma bundan sonra da ailədaxili problemləri davam edib. Qızımın əri Fariz Məhərrəmov təxminən 1 il əvvəl Kanadaya köçüb. 2020-ci ilin avqust ayında Banı qayınanası və baldızı ilə küsüb. O, Bakıya gələrək qızını onlarla barışdırmağa cəhd etsə də, bu mümkün olmayıb. Hadisədən 7-8 gün əvvəl Banı ilə telefonla danışanda, o ümumi vəziyyətinin normal olmasını söyləsə də, qayınanasıgildən şikayətlənib. 2021-ci il yanvarın 27-də ona qızının öldürülüb, meyitinin hissələrə ayrılaraq zibil konteynerlərinə atılması barədə məlumat verilib.

Gəlinin doğranıb atıldığı zibillik

İstintaq qrupu Banının keçmiş sevgilisini də dindirib...

Şahid Rəşad Məmmədov isə ifadəsində bildirib ki, Banı Məhərrəmovanı 2011-ci ildən tanıyıb, onunla bir dəfə Naxçıvanda, yaşadıqları qəsəbədə görüşüblər. Aralarında sevgi münasibətləri olmasından onun bacısı İlkanənin də məlumatı olub. Həmin il qızın Bakıda yaşayan şəxslə ailə qurmasını öyrənib. 7-8 il müddətində onunla heç bir əlaqəsi olmayıb. 2020-ci il yanvarın 11-də Banı «Instaqram» sosial şəbəkəsində onu ad günü münasibəti ilə təbrik edib. Banı tez-tez canlı yayım açaraq dostluğunda olan başqa oğlanla da danışıb, buna görə iradını bildirib, ona ailəli olduğunu, kənar şəxslərlə danışmasının doğru olmadığını deyib. Ayın 12-də Bakıya gəlib. Əvvəlcədən gələcəyi vaxt barədə məlumat verdiyindən Banı ona mesaj yazaraq, evlərinə dəvət edib. Banı qayınanasının evdən çıxdığını, geri qayıtmasa onunla 4-5 saat görüşəcəyini yazıb, o isə onun ailəli olmasını əsas gətirərək, bundan imtina edib.

Banı Məhərrəmova

Banı “Instagram”da kiminlə yazışıb? 

Şahid Əli Şahverdiyev ifadəsində göstərib ki, 2020-ci ilin yay aylarında sonradan tanıdığı Banı Məhərrəmova ilə «Instaqram» şəbəkəsində tanış olub. Qadın əvvəl subay olduğunu yazsa da, sonradan onun ailəli olmasını və hətta 2 uşağının olduğunu öyrənib. Banı ərinin Türkiyədə taksi fəaliyyəti ilə məşğul olduğunu, qayınatası, qayınanası və baldızını evdən qovduğunu deyib. 2020-ci il dekabrın axırlarında tək olduğunu bildirib onu evə dəvət edib. Yaşadığı ünvana gələrək, onunla yaxınlığı olub.

İstintaqla müəyyən edilib ki, Banının istifadəsində olan “yağmur damlası” hesabından onun hesabına 2021-ci il yanvarın 10-da “ürəyim saat 12-də gəl, çünki qayınatam o biri otaqda, yatmağa hazırlaşır” məzmunlu ismarış göndərilib.   

Banı hadisədən əvvəl polisə şikayət də edibmiş...

İstintaq sənədinə əsasən, Banı Məhərrəmovanın, özünün və övladlarının Bülbül Məhərrəmova və Xəyalə Məhərrəmova tərəfindən ölümlə hədələnməsi barədə müraciəti əsasında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində aparılıb və 14 avqust 2020-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilib.

İstintaq fotosu

Məhkəmə iclasında İdris Məhərrəmov ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli Cəza Çəkmə Müəssisəsində çəkməklə İdris Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Gəlinini doğrayan kişinin ŞOK İFADƏSİ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45