Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır
20 iyul 2022 08:27 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

# 2322
avatar

Oxşar yazılar