Balta ilə qadının başını iki yerə böldü - Dəhşətli qətlin TƏFƏRRÜATLARI  - VİDEO
07 iyul 2022 13:41 (UTC +04:00)

Balta ilə qadının başını iki yerə böldü - Dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO

Yardımlıda öz dükanında baltalanan satıcının qətli ilə bağlı bəzi təfərrütlar ortaya çıxıb.

Ostayir kənd icra nümayəndəliyindən APA TV-yə verilən xəbərə görə, 60 yaşlı Gülxar Məmmədovanı öz dükanında qətlə yetirən 37 yaşlı Firqət Məsdiyev artıq saxlanılıb. Onun kənddə tüfeyli həyat tərzi sürdüyü və narkotik spirtli içki aludəçisi olduğu deyilir.

Elə hadisə də həmin şəxsin Gülxar Məmmədovadan siqaret almaq istəməsi üstündə baş verib. Belə ki, mərhumun oğlunun sözlərinə görə, həmin gün kənddə toy məclisi varmış. Firqət Məsdiyev sərxoş vəziyyətdə dükana gələrək siqaret istəyib. Mərhum isə ona nisyə mal verilmədiyini və mağazaya borclu olduğunu xatırladıb. Bundan sonra Firqət Məsdiyev dükandan çıxıb.

Bundan sonra Gülxar Məmmədova oğlu və gəlnini yaxınlıqdakı toy mərasiminə göndərib. Firqət Məsdiyev isə bundan istifadə edərək əlində balta ilə geri qayıdıb və qadını baltalayıb. Hadisəni törətdikdən sonra isə dükanın qapısını baxlayaraq elektrik naqillərini qırıb.

Qadının meyitini dükana su almağa gələn yeniyetmələrdən biri görüb. Bundan sonra toy mərasimində iştirak edənlərə xəbər verib və məclis yarımçıq dayandırılıb.

Qeyd edək ki, hadisəni törədən Firqət Təvəkkül oğlu Məsdiyev subay olub.

Xəbərin videosu: 

***

saat 09:49

Yardımlıda qətl hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 60 yaşlı Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 37 yaşlı Firqət Məstiyevin  Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 9450
avatar

Mehman Nəbiyev

Oxşar yazılar