Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə gətirilib.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi rayonBeretta, əmə Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.