Bakıda qətl törətməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə materiallar toplanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, bu ilin mart ayında P. Həsənov stilist Orxan Seyidovu bıçaqlayaraq qətlə yetirib.