Ələ keçirilən silah
14 yanvar 2022 15:20 (UTC +04:00)

Ələ keçirilən silah

Bakıda silah alverçisi tutuldu - VİDEO

Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Əli Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq adlanan heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Əli Əhmədov narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbir zamanı isə silahlı şəxs, əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “CZ-27” markalı tapança, 1 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyərkən polislər tərəfindən tutulub.

Faktlarla bağlı Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bakıda silah alverçisi tutuldu

# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar