Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanvarın 8-də 2 nəfər Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb ölümlə hədələyərək döyüb və 165 manat pulunu alıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanııblar.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.