Bakıda qadına qarşı soyğunçulqu edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 11-də Bakı şəhər sakini C.Abdullayevaya zor tətbiq edib içərisində bank kartları, bijuteriya, geyim və kosmetik əşyalar olan çantası soyğunçuluq yolu ilə talanıb.
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini V.Bağırov saxlanılıb.