Bakıda qadın sevgilisinə "DAĞ ÇƏKDİ"  - Quldurlarla birləşib...
25 dekabr 2021 11:12 (UTC +04:00)

Bakıda qadın sevgilisinə "DAĞ ÇƏKDİ" - Quldurlarla birləşib...

Bakıda qeyri-adi quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 21-də Bakı şəhər sakini C.Əliyevin tanışı, Sabirabad rayon sakini S.Şahbazova ilə birlikdə yaşadığı mənzildə olarkən 2 nəfər açıq qalan qapıdan girərək onun qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirib, 120 manat pulunu və mobil telefonunu götürüb.

Daha sonra həmin şəxslər S.Şahbazova ilə birgə gediblər. Bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.

Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Mehman Nəbiyev

Oxşar yazılar