Ötən gün Bakıda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu Ə. Əliyev küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 58 yaşlı Şəfaqət Ağabəy qızı Məmmədova döş qəfəsindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Araşdırmalar zamanı hadisənin qadının oğlu, 28 yaşlı Taleh Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
saat 00:35
Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Nurlan Əli