Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı "Kığılı" geyim mağazasının anbarında baş verib. Belə ki, həmin filialın müdiri, meneceri işləyən 31 yaşlı Rəşid Əliyev özünü asaraq həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.