Bakıda İnterpol xətti ilə saxlanılan şirkət rəhbəri HAKİM QARŞISINDA  - 120 zərərçəkən var...
14 yanvar 2022 09:50 (UTC +04:00)

Bakıda İnterpol xətti ilə saxlanılan şirkət rəhbəri HAKİM QARŞISINDA - 120 zərərçəkən var...

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Dilafir Rəsulovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, Dilafir Rəsulovun “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. 2021-ci il iyulun 25-də Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

# 1752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar