Bakıda həkim ölümlə hədələnib.
Lent.az-ın məlumatına görə, 23 saylı Bakı şəhər Poliklinikasının həkimi Ruhəngiz Kazımova Qaradağ rayon Polis İdarəsinə müraciət edərək, paytaxt sakini Namiq Hacıyevin onu ölümlə hədələdiyini bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.
Hazırda tədqiqat araşdırmaları davam edir.