Bakıda  DƏHŞƏTLİ QƏTL:    ər arvadını öldürdü, qaynı və qayınanasını...
28 fevral 2022 10:14 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏTL: ər arvadını öldürdü, qaynı və qayınanasını...

Prokurorluq Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına  görə, hadisə fevralın 25-dən 26-a keçən gecə paytaxtın Xətai rayonunda qeydə alınıb. 48 yaşlı Bəxtiyar Məmmədov 41 yaşlı arvadı Ülkər Məmmədovanı bıçaqlayaraq öldürüb. Daha sonra o, qaynı  və qayınanasına da bıçaq xəsarətləri yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7215
avatar

Mehman Nəbiyev

Oxşar yazılar