Yanvarın 23-də saat 3 radələrində 3-cü Alatava yaşayış sahəsində yaşayan N.Əhmədova evində bıçaqla xəsarət yetirilib və pulu əlindən alınıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Nəsimi rayon Polis İdarəsi, 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qonşusu Ə.Əlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.