Bakıda böyük ƏMƏLİYYAT:  49 nəfər tutuldu - VİDEO
15 iyun 2023 12:52 (UTC +04:00)

Bakıda böyük ƏMƏLİYYAT: 49 nəfər tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə əməliyyatlar keçirilib. Bu zaman narkotiklərin satışı ilə məşğul olan 9 nəfər - Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid  Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 8 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 45 nəfər saxlanılıb. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

Qeyd edilən dövr ərzində Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 4 nəfər də tutularaq məsuliyyətə cəlb edilib. Onlardan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd tapança, 1 ədəd “TOZ” markalı müvafiq sənədləri olmayan tüfəng və 12 ədəd patron aşkar edilib.

# 4635
avatar

Oxşar yazılar