Bakı metrosunda cibgirlik edən TUTULDU - FOTO
04 iyun 2022 15:15 (UTC +04:00)

Bakı metrosunda cibgirlik edən TUTULDU - FOTO

Bakıda ictimai nəqliyyatda cibgirlik edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub. 

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib. 

Araşdırmalar davam etdirilir.

Rəhim Qasımov

# 2016
avatar

Mehman Nəbiyev

Oxşar yazılar