İyulun 28-i səhər saat 9 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.