Rusiya daha bir azərbaycanlını beynəlxalq axtarışa verib.
Lent.az xəbər verir ki, Azərbaycan vətəndaşı, 30 yaşlı Pərviz Ələkbərov qanunsuz silahlı birləşmələrdə və terror qruplaşmalarında iştirak etməkdə ittiham olunur.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarı elan edib və tutulması üçün İnterpola müraciət olunub.
P. Ələkbərov hazırda dünyada “qırmızı bülleten”lə axtarılır.