Abşeronda küçədən boğazı kəsilmiş kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, Xırdalan şəhərində 47 yaşlı Hüseyn Pərişaninin boğazı kəsilmiş meyiti aşkarlanıb.
Əldə etdiyimiz məlumata görə, H. Pərişani spirtli içki aludəçisi olub. Son vaxtlar psixi pozuntuları var imiş. Onun öz boğazını kəsərək intihar etdiyi ehtimal olunur.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılması üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Onun hansı şəraitdə və necə ölməsi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.