2022-ci ilin yanvar-iyun ayları ərzində ölkədə baş verən cinayət faktlarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu müddətdə ölkədə 18223 cinayət faktı qeydə alınb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,1 faiz çoxdur.
Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 32 bənd artaraq 179 olub.
Onların 61,4 faizi az ağır, 22,6 faizi böyük ictimai təhlükə törətməyən, 16,0 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.