Azərbaycanda borca görə daha 35 nəfər tutuldu - KRİMİNAL XRONİKA
18 avqust 2022 11:01 (UTC +04:00)

Azərbaycanda borca görə daha 35 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Avqustun 17-də ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3399
avatar

Mehman Nəbiyev

Oxşar yazılar