Azərbaycanda qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin axtarışları başa çatıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan A.Mikayılov saxlanılıb.