Daxili işlər orqanlarının keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisində bu ilin 5 ayı ərzində qeyri-leqal dövriyyədən 1 ton 571 kiloqram narkotik vasitə və 191,5 kiloqram psixotrop maddə çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu dövrdə 97 nəfərdən ibarət 33 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Narkotiklərlə əlaqədar bütövlükdə 4783, o cümlədən satışı ilə bağlı 1713 cinayət faktı aşkarlanıb. Bu növ cinayətlərə görə 2990 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının aşkar edilməsi yönümündə də xüsusi əməliyyatlar keçirilərək - ümumi çəkisi 500 kiloqrama yaxın kultivasiya edilmiş çətənə kolları aşkar edilib.