Axtarışda olan 76 nəfər tutuldu - KRİMİNAL XRONİKA
02 iyun 2022 10:08 (UTC +04:00)

Axtarışda olan 76 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 57 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 39 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar