Avtomobil velosipedçini  vurdu
18 iyul 2022 16:43 (UTC +04:00)

Avtomobil velosipedçini vurdu

Xaçmazda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib. 35 yaşlı Tahirov Səid Şahmahamatoviç idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə qarşıdan gələn velosipedçi 20 yaşlı İsayev Nazim İlqar oğlunu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət başlanıb, araşdırma aparılır.

# 2130
avatar

Oxşar yazılar