Abşeronda bıçaqlanma hadisəsi olub. Hadisə hamının gözü qarşısında özü də günün günorta çağı baş verib.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 27-i saat 11 radələrində rayonun Mehdiabad qəsəbəsində Əlillər küçəsi adlanan ərazidə baş verib. Burada yaşayan Məmmədov Məmmədbağır Abdulla oğlu evinin qarşısında naməlum şəxs tərəfindən aralarında yaranmış mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.