Abşeronda DƏHŞƏT:   62 yaşlı kişi  gənc qadını   öldürdü-YENİLƏNİB
12 dekabr 2023 08:52 (UTC +04:00)

Abşeronda DƏHŞƏT: 62 yaşlı kişi gənc qadını öldürdü-YENİLƏNİB

Dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

21.27

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu, Fatmayı kəndində 29 yaşlı Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 62 yaşlı Quliyev Eynulla Bəhlul oğlu saxlanılıb.

Araşdırma aparılır.

# 6639
avatar

Oxşar yazılar