Suraxanıda ƏMƏLİYYAT:  14 kilo narkotiklə tutuldu
08 sentyabr 2026 18:00 (UTC +04:00)

Suraxanıda ƏMƏLİYYAT: 14 kilo narkotiklə tutuldu

0

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb.

Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar