65 manata görə iki qadını öldürən yeniyetmələrin  YENİ CİNAYƏTİ
01 avqust 2022 12:58 (UTC +04:00)

65 manata görə iki qadını öldürən yeniyetmələrin YENİ CİNAYƏTİ

Tovuzda 65 manata görə iki qadını öldürən yeniyetmələrin yeni cinayəti ortaya çıxıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də  İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə həmin kənd sakinləri 2003-cü il təvəllüdlü Elcan Bağırovun, 2005-ci il təvəllüdlü D.Dadaşov (şərti) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq məqsədilə Yaqut Quliyevaya məxsus evə girmələrinə, daha sonra  Həqiqət Cabbarova və Yaqut Quliyevanın onları görmələri səbəbindən cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq üçün onlara bıçaqla xəsarətlər yetirərək öldürüb və evi yandırıblar. 

# 3384
avatar

Aytəkin Cəlali

Oxşar yazılar