300 min manata yaxın rüşvət alan sabiq məmurlar MƏHKƏMƏDƏ
10 fevral 2021 09:20 (UTC +04:00)

300 min manata yaxın rüşvət alan sabiq məmurlar MƏHKƏMƏDƏ

Balıqçılardan ümumilikdə 287 min 660 manat rüşvət almaqda təqsirli bilinən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev və sürüc Fikrət Abdulrəhimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar Mikayılovun icraatına verilib.

Xatırladaq ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə maddəsi ilə ittiham olunur.

# 2454
avatar

Mehman Nəbiyev

Oxşar yazılar