Cənubi Koreyada bir gündə 11 diş implantı qoyulan 75 yaşlı qadın ölüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının ölümünə anestezik preparatın normadan artıq vurulmasının səbəb olduğu bildirilir.
Klinikanın sənədlərinə əsasən, prosedur zamanı 54 kiloqram çəkisi olan pasiyentə ümumilikdə 1088 milliqram anestezik vurulub. Halbuki onun çəkisinə uyğun tövsiyə edilən maksimum doza təxminən 378 milliqram olub.
Beləliklə, qadına icazə verilən həddən təxminən üç dəfə çox anestezik verilib.
Məlumata görə, klinika qadına bütün 11 implantın eyni gündə və adi qiymətdən xeyli ucuz qoyulmasını təklif edib.