Qaxda qəssabxanalara qənim  kəsilən TUTULDU
03 sentyabr 2026 18:04 (UTC +04:00)

Qaxda qəssabxanalara qənim kəsilən TUTULDU

0

Qaxda qəssab dükanlarından oğurluq edən saxlanılıb.

Lent.az-ın xəbərinə görə, hadisələr şəhər ərazisində, İ. Dağıstanlı və A. Məmmədov küçələrində qeydə alınıb.

64 yaşlı Qax şəhər sakini İlqar Rəşidov həmin ünvanlarda yerləşən ət mağazalarından ümumilikdə 36 kiloqram dana əti oğurlayıb. Hadisələrdən birində İlqar qapını toxunaraq açıb, digərini isə sındırıb. Məlumata görə, İlqar ikinci dəfə A. Məmmədov küçəsindəki eyni qəssab dükana girərək, 5-7 kilo ət oğurlamaq istəyib. Əti götürsə də, dükandan çıxarkən bir nəfər onu gördüyü üçün əlindəki kisəni ataraq, qaçıb.

Bununla da tüfeyli həyat tərzi keçirdiyi deyilən İlqar Rəşidov zərərçəkənlərə ümumilikdə 612 manat məbləğində ziyan vurub. Zərərçəkən qəssabların şikayəti əsasında İlqar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməlləri etiraf edib. Zərərçəkənlər isə onlara dəymiş ziyanın ödənildiyini, buna görə də İlqardan şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmənin qərarı ilə İlqar Rəşidov 1 il 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1360

Oxşar yazılar